Hadisə
Oğul toyuq üstündə anasını döydü
Sabirabadda anasını döyən oğul həbs olunub.
Publika.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Məlumata görə, 41 yaşlı Yusif Rzayev (şərti adla) yaşadıqları evin həyətində yemək yeyib və spirtli içki içib. Bu zaman toyuqlar stolun üstünə çıxaraq, çörək qırıntılarını yeyiblər. Bu da Yusifi acıqlandırıb və o, toyuqları söyərək, qovmağa başlayıb. Onun hərəkətini görən anası, 73 yaşlı Nəzakət Rzayeva (şərti adla) “niyə toyuqları söyürsən? Onların ətini, yumurtasını yeyirsən” deyə oğluna irad bildirib. Bu irad isə ana ilə oğul arasında əməlli mübahisəyə çevrilib. Nəzakət mübahisə çox da böyüməsin deyə evin birinci mərtəbəsinə otağa keçib. Lakin Yusif də anasının ardınca otağa girib və onların söz davası burada davam edib. Yusifin sözlərinə görə, anası ilk olaraq, stəkanı ona atıb və o, alnından xəsarət alıb. Bundan hiddətləndiyi üçün anasını şillə və təpik zərbələri ilə döyüb.
Zərərçəkənin şikayəti əsasında Yusif Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs yekun olaraq, əməlindən peşman olmadığını və özünü müdafiə məqsədilə bu hərəkəti törətdiyini deyib. Onun sözlərinə görə, ikinci dəfə ailə qurub və ümumilikdə 3 uşağı var.
Zərərçəkmiş Nəzakət Rzayeva isə oğlunun spirtli içki aludəçisi olduğunu və buna görə də tez-tez aralarında dava-dalaş olduğunu bildirib. Onun sözlərinə görə, hətta Yusifin ailəsini də öz təqaüdü ilə dolandırır. N. Rzayeva oğlundan şikayətçi olduğunu və məhkəmədən ona ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Y. Rzayev 1 il müddətinə azadlıqdan məhrum edilib. (Lent.az)
-
Region17:06Rusiya-Gürcüstan sərhədində sıxlıq: 20 min nəfər növbə gözləyir
-
Sosial14:40"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu blokladı
-
Region13:17İranla ən çox ticarət edən 20 ölkə: Azərbaycan görün neçəncidir - SİYAHI
-
Rəsmi xronika12:57Prezident balaca Gülərin arzusunu belə reallaşdırdı - VİDEO
-
Region11:17Rusiyadan Türkiyəyə S-400 jesti: Bu ölkəyə satmasına mane olmayacaq
-
ABŞ10:20Tramp İran bataqlığında: ABŞ Yaxın Şərqdə müttəfiqlərinin etimadını itirir
-
Region09:49Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı
-
Enerji09:00"Brent" markalı neft kəskin bahalaşdı








.jpg)
.jpg)




























