Hadisə
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirildi - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlərlə “chc.play” platformasına bağlı “Martin” kazino və digər adlar altında qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinərək axtarışda olan cinayətkar qruplaşmanın rəhbəri Əliyev Anar İslam oğlu (“Anar007”) saxlanılaraq ölkəyə gətirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, A.Əliyev mütəşəkkil dəstə yaradaraq xarici ölkələrdə təşkil etdiyi qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarından ibarət şəxsləri cəlb edib. O, həmin şəxsləri Tbilisi və digər şəhərlərdə icarəyə götürdüyü evlərə yerləşdirərək onlayn kazino və qumar oyunları təşkilini həyata keçirib.
Əməliyyatlar çərçivəsində A.Əliyevin yaratdığı dəstənin digər üzvləri - Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rzazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb edilib. Bu şəxslər onlayn kazino oyunlarının fəaliyyəti üçün dəstə başçısının tapşırıqlarına əsasən onu yerli mobil operatorlara məxsus nömrələr, bank kartları və digər texniki avadanlıqlarla təmin ediblər. Saxlanılan şəxslər həmçinin onlayn kazino oyunlarından əldə edilən pul vəsaitlərinin nağdlaşdıraraq kriptovalyuta şəklində A.Əliyevə məxsus hesablara köçürüblər.
Qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin bir hissəsinin isə daşınan və daşınmaz əmlakların alınması yolu ilə leqallaşdırılması istintaq zamanı sübuta yetirilib.
Saxlanılan zaman dəstə üzvlərindən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə A.Əliyev və Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Göstərilən qanunazidd əməllərin törədilməsində iştirak edən digər şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sonda bir daha vətəndaşları qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Qeyd edək ki, qanunsuz kazino oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də hüquqi məsuliyyət yaradır.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






.jpg)























.jpg)



