Hadisə
Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür? - Müəmma
Avqust ayında yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə nəticələnən qəzaların artdığı ilə bağlı cəmiyyətdə müəyyən fikir formalaşıb. Belə hesab olunur ki, ilin bu dövründə havaların həddindən artıq isti və bürkülü keçməsi, yüksək temperatur və Günəş şüalanmasının intensivliyi sürücülərin fiziki vəziyyətinə, diqqətinə təsir göstərərək qəza riskini artırır. Son günlər ölümlə nəticələnən yol qəzalarının baş verməsi də bu iddianı yenidən gündəmə gətirib.
Bəs, həqiqətənmi avqust ayında havanın isti və bürkülü keçməsi, yüksək temperatur və güclü günəş şüalanması yol qəzalarının artmasına təsir edə bilər?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb. O deyib ki, burada havaların və ya yağışlı şəraitin rolunu əsas səbəb kimi göstərmək düzgün deyil:
“Qəzaların baş verməsinin əsas səbəblərindən birincisi yol hərəkəti iştirakçılarının bilərəkdən qaydaları pozmasıdır. Bilirsiniz, fikir formalaşa bilər, amma burada statistik göstəricilər əsas götürülməlidir. Biz işimizi şayiə və ehtimallar əsasında deyil, konkret statistik məlumatlar əsasında qurmalıyıq.
Rəsmi dövlət qurumları bununla bağlı hər hansı açıqlama verməyib Məsələn, bildirilibmi ki, qəzalar daha çox avqust ayında baş verir və bunun əsas səbəbi havanın isti olmasıdır? Belə açıqlamalar yoxdursa, biz də bunu əsas götürə bilmərik. Əgər belə rəsmi məlumatlar olsaydı, buna uyğun şərhimizi verərdik. Deyilənlər sadəcə, bir ehtimaldır”.
Ekspertin fikrincə, qəzalara səbəb sürücülərin səhlənkarlığıdır:
“Mənim düşüncəmə görə, baş verən qəzaların əsas səbəbi iqlimdən və mövsümdən asılı olmayaraq, yol hərəkəti iştirakçılarının qaydaları bilərəkdən pozmasıdır. Təəssüf ki, sürücülərimizin bir qismi, eləcə də piyadaların böyük əksəriyyəti yol hərəkəti qaydalarını bilmir, yolda necə davranmalı olduqlarını düzgün anlamırlar. Nəticədə də bu cür qəzalar baş verir”.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO




















.jpg)







.jpg)








