Hadisə
Qara dənizdə azərbaycanlı dənizçilərin olduğu gəmi dron hücumuna məruz qalıb
Qara dənizdə göyərtəsində azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, "Reka Dənizçilik" şirkətinə məxsus, Kuk adaları (Cook Islands) bayrağı altında üzən "Volga 4007" quru yük gəmisi Novorossiysk limanını tərk edərkən gözlənilmədən hücuma məruz qalıb.
İlkin məlumatlara görə, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.
Gəminin göyərtəsində 10 nəfər Hindistan, 3 nəfər Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 heyət üzvü olub. Dron hücumundan sonra vətəndaşların təcili təxliyə işlərinə başlanılıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəmiyə dəyən ziyanın miqyası barədə hələlik məlumat verilmir.
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO




















.jpg)







.jpg)








