Hadisə
Bakıda azyaşlının ayağı avtobusun qapısında qaldı
150 nömrəli marşrut avtobusunda azyaşlı qapının arasında qalaraq xəsarət alıb.
Publika.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə azyaşlının valideyni paylaşım edib.
Ananın sözlərinə görə dünən saat beş-altı radələrində 150 nömrəli (90-JQ-261) dövlət nəqliyyat nişanlı marşrut avtobusunda iki azyaşlı övladı dayanacaqda düşmək istəyib. Lakin sürücü qapını dərhal bağladığı üçün uşaqlardan birinin ayağı qapının arasında qalıb əzilərək, qanayıb. Sürücü onları düşürərək, heç bir üzr istəmədən yoluna davam edib.
Məsələ ilə bağlı “BakuBus”dan bildirilib ki, 150 nömrəli marşrut xətti üzrə daxil olan şikayət dərhal nəzarətə götürülüb və avtobusun daxili kameraları vasitəsilə operativ şəkildə araşdırılıb:
"Görüntülərə əsasən, sərnişinlərin enişi zamanı sürücünün ehtiyatsızlıq və tələskənliyə yol verdiyi, nəticədə qapının vaxtından əvvəl bağlandığı təsdiqini tapıb. Baş verən xoşagəlməz hala görə təəssüfümüzü ifadə edirik.
Qeyd edək ki, sözügedən sürücü ilə bağlı daxili nizam-intizam qaydalarına uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görüləcək.
Sərnişinlərimizin, xüsusilə də azyaşlıların təhlükəsizliyi və rahatlığı bizim üçün hər zaman ən ali prioritetdir. Gələcəkdə bənzər halların təkrarlanmaması üçün müvafiq təlimatlandırma və nəzarət tədbirləri davam etdiriləcək".
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO



















.jpg)







.jpg)








