Hadisə
İsmayıllıda toyda zəhərlənənlərin sayı artdı - YENİLƏNDİ
İsmayıllıda toyda zəhərlənənlərin sayı 31-ə çatıb.
Bu barədə Publika.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.
xxx
İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində qeydə alınıb. Hadisə nəticəsində 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Pasiyentlərin vəziyyətinin yaxşı olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldıqları bildirilib.
AQTA əməkdaşları tərəfindən məclisdəki qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Agentlik xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə ciddi diqqət yetirilməsinin vacibliyini bir daha xatırladır.
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda






.jpg)






















.jpg)



