Hadisə
Bazarda insident: "Parkovşik" döyüldü
Şəmkirdə bazarda dava olub.
Publika.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Çinarlı qəsəbəsində yerləşən “Səbət” bazarında qeydə alınıb.
Bazarda araba ilə yük daşıyan 28 yaşlı Fərid Zamanov (şərti adla) avtomobillərin hərəkətinə nəzarət edən zərərçəkmiş Yusifi (şərti adla) yumruq zərbəsi ilə döyüb. Nəticədə zərərçəkmiş xəsarət alıb.
Yusifin şikayəti əsasında F. Zamanov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, arabasını yolun kənarında saxladığı vaxt Yusif yaxınlaşaraq ondan arabanı kənara çəkməsini tələb edib, bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətdiyindən əsəbiləşərək yumruqla onun baş nahiyəsindən vurub. F. Zamanov yekunda əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib.
Zərərçəkən Yusif də həmçinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə F. Zamanov elektron qolbaq taxmaqla, 240 saat ictimai işlər cəzasına məhkum edilib
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi



















.jpg)







.jpg)








