Hadisə
Dənizdə boğulduğu deyilən kişi xaricə gedibmiş
Avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.
Publika.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli avqustun 19-da yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş. Onun 5 uşaq atası olduğu qeyd olunub.
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















