Hadisə
Qayınatasını qətlə yetirən kürəkən efirə çıxıbmış: "Həyat yoldaşım dilənmək istəyir" - VİDEO
Ağdam rayonunda qayınatasını qətlə yetirən Eldəniz Qənbərovun ailə münaqişəsi efirə də yol tapıbmış.
Publika.az xəbər verir ki, ötən il noyabır ayında Eldəniz Qənbərovla həyat yoldaşı Rəqsanə “Səni Axtarıram” verilişində olublar.
Ər-arvad bir yerdə Rəqsanənin bir gözü görmədiyi üçün müalicə məqsədilə verilişə müraciət ediblər. Bildiriblər ki, guya Rəqsanə qoz ağacından yıxılıb, buna görə bir gözünü itirib. Lakin veriliş müddətində aydın olub ki, Eldəniz həyat yoldaşına fiziki şiddət göstərib. Qadına yumruq zərbələri endirib, nəticədə Rəqsanənin gözünə ciddi xəsarət yetirib.
Eldənizin efirdə bildirdiyinə görə, münaqişə Rəqsanənin azyaşlı uşağı ilə dilənməsi səbəbi ilə baş verib.
Rəqsanə isə yoldaşının ona və uşaqlarına şiddət göstərdiyini, onun pis vərdişləri olduğunu etiraf edib.
Eldəniz əməlindən peşman olub barışmaq istədiyini desə də, yoldaşı onu heç vaxt bağışlamayacağını və ondan boşanacağını deyib. O, altıncı uşağa hamilə olsa da, ərini istəmədiyini söyləyib. Eldəniz isə bu halda altıncı uşağın da dünyaya gəlməsini gözləməyi və uşaqların aralarında bölünməsini təklif edib.
Rəqsanənin atası da verilişə gəlib. O, dövlətin yardımı ilə nəvələrinə baxmağa hazır olduğunu deyib.
Verilişdə Rəqsanənin gözünün sağalması üçün addımlar atılıb. Həkimlər göz üçün çox gec müraciət edildiyini bildiriblər. Üz-çənə cərrahı Vüqar Qurbanov deyib ki, çox nadir rast gəlinən patologiyalardan biri olduğu üçün bu, çox riskli əməliyyat olacaq. Rəqsanə çox çətin bir qərar olmasına baxmayaraq, riskə gedərək əməliyyat olunmaq istədiyini deyib.
Nəticədə tam ödənişsiz şəkildə Vüqar Qurbanov tərəfindən Rəqsanənin əməliyyatı baş tutub. Xoşbəxtlikdən əməliyyat uğurlu keçib və onun gözü sağalıb.
Bir müddət sonra, yəni cari ilin yanvar ayında cütlük yenidən verilişə çıxıb. Rəqsanə göz əməliyyatına görə uşaqlarını bir neçə həftəlik Eldənizə verdiyini və artıq onları geri istədiyini, boşanmaq arzusunda olduğunu bildirib. Atasının imkanı olmadığından sığınacaqda qaldığını və boşanana qədər uşaqlarla orada qalmağı düşündüyünü deyib.
Eldəniz isə arada sevgi olduğunu və barışmaq istədiyini deyib.
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı cütlüyə barışıq təklif edib və 5 uşağa görə ailəyə lazımi yardımların ediləcəyinə vəd verib.
Qeyd edək ki, ötən gün Ağdam rayonunun rayonun Səfərli qəsəbəsində qətl hadisəsi baş verib. 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov mübahisə zəminində 1969-cu il təvəllüdlü qayınatası Zakir Cəlal oğlu Hüseynovu bıçaqlayıb.
O, gecə saatlarında qayınatasının yaşadığı evə gəlib. Pəncərədəki qoruyucu toru cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan Z.Hüseynova bıçaqla xəsarətlər yetirib.
Zakir Hüseynov aldığı xəsarətlərdən həyatını itirib.
Hadisədən əvvəl Eldəniz Qənbərovun həyat yoldaşı ər evindən çıxaraq ata evinə gedib.
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq




















.jpg)











.jpg)


.jpg)