Hadisə
Toyda dava salan şəxs həbs edildi
Sabirabad rayonunda toy məclisində dava salan şəxs həbs edilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə “Cavad” şadlıq sarayının qarşısında baş verib. 1992-ci il təvəllüdlü Asim Vəliyev (ad-soyad şərti verilib – red.) orada ucadan səs-küy salıb, polis əməkdaşının qanuni tələbinə tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510.1-ci maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vəliyev bildirib ki, “Cavad” şadlıq sarayında qohum toy mərasimində iştirak edib: “Bir qədər spirtli içki qəbul etdim. Məclisin gedişində oyun havası üstündə tanımadığım Sabirabad rayon sakini ilə mübahisəm oldu. Səs-küy yarandığı üçün məni şadlıq evinin qarşısına çıxardılar. Orada olarkən polis əməkdaşları yaxınlaşaraq məni şöbəyə dəvət etdi. Sonra məni polis şöbəsinə gətirdilər”.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 8 gün müddətinə həbs edilib.
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















