Hadisə
Binəqədidə yanğın oldu, bir nəfərin meyiti aşkar olundu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bir neçə ailənin yaşadığı ümumi sahəsi 700kv.m.olan bir dam altında tikilmiş birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində bir dam altında tikilmiş bir neçə ailənin yaşadığı taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 150kv.m. sahədə, bitişik yerləşən ümumi sahəsi 100 kv.m. olan qarajın konstruksiyaları 10kv.m. sahədə yanıb. Yanğın yerinin müayinəsi zamanı 1990-cı il təvəllüdlü Tapdıqov Fərid Əliyar oğlunun meyiti aşkar olunub.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















