Hadisə
Polisin keçirdiyi tədbirlərlə 16 nəfər saxlanıldı
Bərdə rayonunda son bir ayda polisin keçirdiyi tədbirlərlə 16 nəfər saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, talama cinayətləri edən və üzərində qanunsuz silah-sursat saxlayan ümumilikdə 16 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli saxlanılan 11 nəfərdən ümumilikdə 23 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən qeyd edilən dövr ərzində keçirilən tədbirlər zamanı Bərdə və ətraf rayonlardan mal-qara və digər əmlakları oğurlamaqda şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb. Qanunsuz odlu silah-sursatın aşkar edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində isə 1 nəfər saxlanılaraq istintaqa cəlb edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança və həmin silaha aid patronlar aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
















.png)

.jpg)


.jpg)
















