Hadisə
Bakıda məşhur marketdən 225 manatlıq şokolad və enerji içkisi oğurlandı
Bakının Nərimanov rayonunda marketdən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonunun X.Şuşinski küçəsi 59 ünvanında yerləşən “Bravo” marketdə baş verib.
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Asim Məmmədov (ad-soyad şərti verilib – red.) marketdən 225 manat dəyərində şokolad və “Red Bull” oğurlayıb.
Məmmədov Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “Bravo” marketdən şokolad və “Red Bull” oğurlayıb.
Onun sözlərinə görə, “Red Bull” içkisini özü içib və şokoladı uşaqlara verib. O, əməlindən peşman olduğunu, bir daha bu hərəkəti təkrarlamayacağını bildirib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Məmmədov 1 ay müddətinə həbs edilib.
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı















.png)



.jpg)







.jpg)









