Hadisə
Ər-arvad cakuzi vannasında ölü tapıldı
İspaniyada kirayə götürdükləri villanın cakuzi vannasında cansız halda tapılan ər-arvadın ölüm səbəbi məlum olub.
Publika.az xəbər verir ki, hadisə Valensiya yaxınlığındakı Kap-Blanda yerləşən lüks yaşayış kompleksində baş verib.
50 yaşlı kişi və 45 yaşlı həyat yoldaşı kurortda 14 və 16 yaşlı övladları ilə birlikdə istirahət ediblər. Hadisə zamanı uşaqlar villada olmayıb. Onlar geri qayıdanda valideynlərini ölü vəziyyətdə tapıblar.
Ekspertizanın ilkin nəticələrinə görə, ər-arvadın ürəyi güclü şok nəticəsində dayanıb. Onların bədənlərində cızıqlar da aşkarlanıb.
İlkin versiyaya əsasən, cakuzi qurğusunun nasazlığı faciəyə səbəb ola bilər. Müstəntiqlər cütlüyün hidromasaj sisteminin filtrasiya və ya sorucu mexanizminə ilişmiş ola biləcəyini istisna etmirlər.
Adəm
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
















.jpg)



.jpg)


















