Hadisə
Bakıda bağçaya gedən azyaşlının qanında psixotrop maddə aşkarlandı - Valideyn nədən şübhələnir?
Bakıda dövlət bağçasına gedən azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddia yayılıb.
Publika.az xəbər verir ki, jurnalist Elnurə Abuşova məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, ailə azyaşlını təxminən bir həftə əvvəl Yasamal rayonunda yerləşən 98 saylı dövlət bağçasına göndərməyə başlayıb. Bundan sonra uşaqda qeyri-adi davranışlar müşahidə olunub.
Valideynlər uşağı tibbi müayinədən keçiriblər. Analizlərin nəticəsində azyaşlının qanında psixotrop maddənin aşkarlandığı bildirilib.
Məlumata görə, valideyn bağçada uşaqları sakitləşdirmək məqsədilə onlara psixotrop tərkibli dərman verildiyindən şübhələnir.
Qeyd olunan iddialar hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, idfia ilə bağlı araşdırma aparılır. (Musavat.com)
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















