Hadisə
Burnunu it dişləyən xəstəyə yenisi formalaşdırıldı - VİDEO
İt dişləməsi nəticəsində burnunun böyük hissəsini itirən pasiyent üzündə yaranan ciddi deformasiya ilə həkimlərə müraciət edib. Onun burnu mürəkkəb və yüksək dəqiqlik tələb edən rekonstruktiv əməliyyatla yenidən formalaşdırılıb.
Publika.az xəbər verir ki, əməliyyatı Azərbaycan Tibb Universitetinin Ağız, üz və çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi ilə plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov həyata keçirib.
D. Məhərrəmovun rəhbərliyi ilə aparılan cərrahi müdaxilə zamanı itirilmiş burun toxumalarının bərpası üçün müasir rekonstruktiv cərrahiyyə üsullarından istifadə olunub. Supratroxlear arteriya əsaslı paramedian forehead flap və autogen kompozit qreft tətbiq edilərək burunun anatomik bütövlüyünün bərpasına nail olunub.
Əməliyyatın əsas məqsədi isə yalnız pasiyentin üzündə yaranan ciddi estetik qüsuru aradan qaldırmaq olmayıb. Burunun funksiyalarının da mümkün qədər bərpa edilməsi hədəflənib.
Beləliklə, it dişləməsi nəticəsində ağır zədə alan pasiyentin burnu addım-addım yenidən qurulub. Mürəkkəb rekonstruktiv əməliyyat həm tibbi baxımdan çətinliyi, həm də estetik nəticəsi ilə diqqət çəkib.
Bu uğurlu nəticə Dilqəm Məhərrəmovun rekonstruktiv cərrahiyyə sahəsindəki peşəkarlığını və mürəkkəb üz travmalarının bərpası istiqamətində həyata keçirilən işləri bir daha gündəmə gətirib.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















