Hadisə
103 min hektardan çox ərazi minalardan təmizlənib
2020-ci ilin noyabr ayından etibarən 103,000 hektardan çox ərazi minalardan təmizlənib.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
ANAMA sədri əlavə edib ki, sözügedən dövrdən etibardən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib:
"Ərazilərin təmizlənməsi geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib".
Onun sözlərinə görə, tədbirin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyi tam təmin etmək üçün çalışmaq və müzakirələr aparmaqdır:
"Builki konfransın mövzusu Azərbaycanın öz təcrübəsini birbaşa əks etdirir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində şəhərlərin bərpası tikinti ilə başlamır. Bu proses ərazinin təhlükəsiz vəziyyətə gətirilməsi ilə başlayır. Yol çəkilməzdən əvvəl onun keçəcəyi ərazi minalardan təmizlənməlidir.
Məktəb fəaliyyətə başlamazdan əvvəl onun ətrafı təhlükəsiz olmalıdır".
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















