Hadisə
Goranboy FHK-nin sədri: Xoşbəxtlikdən heç bir fəsad qeydə alınmayıb, tələfat yoxdur
2 sentyabr 2026-cı tarixdə gecə saatlarında Goranboy rayonunun Nizami kəndi ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Hadisədən sonra dərhal Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası toplantı keçirib və hadisə olan əraziyə yollanıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu sözləri Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavin, Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rayon İcra Hakimiyyəti, Goranboy Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlər həyata keçirilib:
"Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların səyi ilə yanğın hadisəsinin genişlənməsinin qarşısının alınması istiqamətində əməli tədbirlər görülüb. Vacib məsələlərdən biri, qeyd etdiyim kimi, əhalinin təhlükəsizliyinin təmin olunmasıdır ki, bununla bağlı da bütün zəruri tədbirlər həyata keçirilib, əhali tam təhlükəsiz qaydada yaxın ərazilərə köçürülüb.
Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət stasionar postlar qurulub, kəndlərin giriş-çıxışında təhlükəsizlik qaydalarına tam riayət olunur.
Xoşbəxtlikdən hadisə zamanə heç bir fəsad qeydə alınmayıb, tələfat yoxdur. Əhali tam təhlükəsiz qaydada və şəraitdə təhlükəsiz ərazilərdə nəzarətdə saxlanılır. Yanğının söndürülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar birgə fəaliyyət göstərirlər. Həmin ərazi qapalı məkan olduğuna görə oradakı hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək".
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)








.jpg)


















