Hadisə
Almaniyada naməlum əşya partladı - Ukraynalılar xəsarət aldı
Almaniyanın Auqsburq şəhərində naməlum əşyanın partlaması nəticəsində iki Ukrayna vətəndaşı - 17 yaşlı qız və 18 yaşlı oğlan xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə sentyabrın 2-nə keçən gecə şəhərin əsas dəmir yolu vağzalının yaxınlığındakı Banqofştrasse küçəsində baş verib.
Polisin məlumatına görə, partlayış nəticəsində yoldan keçən hər iki şəxs yüngül bədən xəsarətləri və akubarotravma ("kontuziya") alıb. Partlayış dalğası yaxınlıqdakı zərgərlik mağazası, bank şöbəsi və digər obyektlərin vitrin və fasadlarına da ziyan vurub.
Hadisənin səbəbləri araşdırılır. İstintaqçılar partlayan əşyanın növünü müəyyənləşdirir və bütün ehtimalları, o cümlədən mümkün kriminal hesablaşma versiyasını yoxlayırlar.
Həmin gün səhər saatlarında vağzalın piyada tunelində daha bir şübhəli əşya aşkarlanıb. Vağzal təxliyə edilib, qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Lakin sonradan əşyanın təhlükə yaratmadığı müəyyən edilib.
Müəllif: Adəm
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar





















.jpg)















