Hadisə
Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
Şahbuzda baş verən qəza ilə bağlı yaralıların vəziyyəti açıqlanıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yaralıların vəziyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə bildirib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib.
“Xəstəxanamıza 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir”, - deyə həkim qeyd edib.
***
Şahbuz rayonu Gömür kəndi ərazisində avtomobil qəzası baş verib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə dağlıq ərazidə olub.
Hərəkətdə olan 68-BE-050 dövlət nömrə nişanlı "Toyata Prado" markalı avtomobilin aşması nəticəsində Şərur rayonu Oğlanqala kənd sakinləri 1975-ci il təvəllüdlü Abdullayev Nazim Əyyub oğlu, onun qızı 2017-ci il təvəllüdlü Abdullayeva Firuzə Nazim qızı və 2006-cı il təvəllüdlü Şıxəliyev Pərvin Vüsal oğlu həyatını itirib.
Qəza nəticəsində 2025-ci il təvəllüdlü Şıxəliyeva Validə Elvin qızı, 2025-ci il təvəllüdlü Abdullayev Rəhman Sərraf oğlu, 2004-cü il təvəllüdlü İsmayılova Nəzrin Nazim qızı, 2025-ci təvəllüdlü İsmayılov Uğur İslam oğlu, 1985-ci təvəllüdlü Abdullayev Sərraf Rəhim oğlu, 2010-cu il təvəllüdlü Abdullayeva Ceyran Sərraf qızı, 2016-cı il təvəllüdlü Şıxəliyeva Fatimə Vüsal qızı, 1983-cü il təvəllüdlü Abdullayeva Vüsalə İsax qızı və 2014-cü il təvəllüdlü Şıxəliyev Gündüz Elvin oğlu xəsarət alıblar.
Xəsarət alan və dünyasını dəyişənlər polis əməkdaşları tərəfindən qəza zonasından çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
-
Kriminal08:24Kişi sevgilisini evdə hazırlanmış silahla öldürdü
-
MDB08:00Putin ad gününü keçmiş xarici liderlə qey edib - FOTO
-
İKT07:47"Apple" yeni təqdimatın tarixini açıqladı - Yeni hibrid cihaz gəlir...
-
Ekologiya07:17Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Magazin206:16Ulduzun yerişi izləyiciləri çaş-baş saldı: "Maral balasına oxşayır" - VİDEO
-
Magazin204:44Selin Dion konsert zamanı səhnədə yıxıldı
-
Sağlamlıq04:14Bağırsaq iltihabını azalda giləmeyvələr - Tərkibində nələr var?
-
İKT03:13"Windows 11" "Windows XP"dən daha bir xüsusiyyəti geri qaytarır























.png)










