Hadisə
Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR - FOTO
Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupovanın müalicəsi davam edir.
Publika.az xəbər verir ki, Musavat.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aktrisanın vəziyyəti hazırda stabildir.
“1954-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə TƏBİB-dən qeyd olunub.
Qeyd edək ki, avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu keçən zaman piyada keçidində Şükufə Yusupovanı avtomobil vurub. Aktrisa Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, Şükufə Yusupovaya çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra onun müalicəsi Yeni Klinikada davam etdirilib.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.png)




.png)

.jpg)
















