Hadisə
Külək ağacları aşırdı, magistral yol bağlandı
Cəlilabad rayonunda güclü külək fəsadlara səbəb olub.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Göytəpə qəsəbəsi ərazisində, Cəlilabad istiqamətində magistral yolun kənarında yerləşən iri və yaşlı ağaclar güclü küləyin təsirindən aşıb.
Aşan ağaclar yolun hərəkət hissəsini bağlayıb və nəticədə magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Hazırda ağacların yol ərazisindən kənarlaşdırılması istiqamətində iş aparılır. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülür.
Güclü külək nəticəsində magistral yolun ətrafında yerləşən bəzi istixanaların da dağıldığı bildirilir.
Bölgədə küləkli hava şəraiti davam edir.
Sürücülərə Göytəpə–Cəlilabad yolunda hərəkət zamanı diqqətli olmaq, sürət həddinə və təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı













.png)




.png)

.jpg)
















