Hadisə
Xaricdə iş vədi ilə çoxsaylı insanları aldadan şəxsin işi məhkəməyə göndərildi
Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan Tural Abbasovun barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abbasov Tural Bəhəddin oğlunun qanunsuz əməllərinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
İbtidai istintaqla Tural Abbasovun özünü “Mannhaim Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edərək xarici ölkələrdə işlə təmin edəcəyi və digər yalan vədlərlə çoxsaylı şəxsləri aldatmaqla onların müxtəlif məbləğlərdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tural Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin olunaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
MDB16:24Zelenski Putinin böyük hücumuna hazırlaşır: Ukraynada təcili səfərbərlik
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı



























.jpg)








.jpg)

