Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ

Azərbaycanda dəhşət: yanaraq ölənlərin adları məlum oldu - FOTO/YENİLƏNDİ

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub.

Publika.az xəbər verir ki, bunlar minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimovadır.

1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

xxx

02:30

Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb.

Publika.az "Report"a istinadla xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, "KİA" markalı minik maşını hərəkətdə olarkən traktorla toqquşub.

Bu zaman avtomobildə anidən yanğın başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza zamanı avtomobildə olan 5 nəfər yanaraq ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm