Hadisə
Şəkidə tros qırılmayıbmış: Faciənin əsl səbəbi - Video
Şəki rayonundakı “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin açıqlanan səbəbi ilə bağlı yeni məlumat yayılıb.
Publika.az xəbər verir ki, AzTV-nin hadisə yerindən hazırladığı reportajda ziplayn qurğusunun trosunun qırılmadığı bildirilib.
Reportajda qeyd olunub ki, hadisə zamanı güclü külək və yaranmış təşviş nəticəsində ziplayn arabacığının rolikləri trosdan çıxıb. Nəticədə qurğudan istifadə edən iki gənc yerə yıxılaraq həyatını itirib.
Telekanalın çəkilişlərində trosların hadisədən sonra da yerində və bütöv qaldığı göstərilib. Bununla belə, faciənin dəqiq səbəbi aparılan istintaqla müəyyənləşdiriləcək.
AzTV-nin məlumatına görə, hadisənin baş verdiyi ərazidə ötən gün istintaq tədbirləri aparılıb və mərkəzə giriş məhdudlaşdırılıb. Səhər saatlarından isə ərazi yenidən açılıb.
Reportajda qurğunun icbari sığortasının və aidiyyəti qurumlar tərəfindən texniki baxışdan keçirilməsinə dair sənədlərinin olduğu da iddia edilib. Bildirilib ki, trosların vəziyyəti, metal konstruksiyaların yararlılığı və aparılmış texniki baxışlarla bağlı sənədlər Şəki Rayon Prokurorluğuna təqdim olunub.
Həmçinin ziplayndan istifadə edən şəxslərin əvvəlcədən risklər və sığorta şərtləri ilə bağlı sənəd imzaladıqları qeyd edilib.
Xatırladaq ki, hadisə nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
-
Hadisə20:48Şəkidə tros qırılmayıbmış: Faciənin əsl səbəbi - Video
-
Nida Xəbər 20:12Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirildi
-
Hadisə18:10Toyda kütləvi zəhərlənmənin səbəbi açıqlandı
-
Dünya15:43Batumidən qalxdı, Türkiyə sahillərində dənizə endi - Təyyarədən xəbər yoxdur
-
Sosial15:14Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTO
-
Rəsmi xronika15:11İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
-
Region15:08Ermənistanın dövlət borcu açıqlandı - Fantastik məbləğ
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi

























.jpg)





.png)





