Hadisə
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilmiş mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 84 kiloqram 300 qram narkotik vasitənin və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Məlumata görə, sentyabr ayının 10-da saat 01:35-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə paraplan vasitəsilə keçirilən 54 kiloqram 400 qram narkotik vasitə, saat 03:39-da isə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 29 kiloqram 900 qram narkotik vasitə və 3000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi











.jpg)










.jpg)














