Hadisə
Qardaşımın qanı yerdə qalmayacaq - Ucalın bacısı
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub.
Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, Ucal Bayramovun bacısı Xəyalə Bayramova AzTV-nin hadisə ilə bağlı hazırladığı süjetə sərt reaksiya verib.
X.Bayramova süjetdə hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb.
O bildirib ki, zərurət yaranacağı təqdirdə məsələ Azərbaycan hüdudlarından kənara da çıxarıla bilər:
“Yasımız var, yazılanlara, deyilənlərə müdaxilə edə bilmirik. O halda, vəziyyətdə deyilik. Amma bunu deyim ki, lazım olsa, bu məsələ hüquqi müstəvidə Azərbaycan hüdudlarını da aşacaq. Qardaşımın qanı yerdə qalmayacaq. O yalan xəbəri sifariş edənlər də bizim kimi yansınlar...”
Qeyd edək ki, sözügedən süjetdə müxbir hadisəni belə təqdim edib: “Məlum oldu ki, gənclər tros qırılması nəticəsində deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın rolikləri trosdan çıxaraq, yerə düşüblər”.
Süjetdə həmçinin gənclərin kanatdan istifadə etməzdən əvvəl sığorta sənədinə imza atdıqları bildirilib.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı












.webp)





















