Hadisə
“Tros qırılıb, eyni anda xətt üzərində iki nəfər olub” - Şəkidəki faciə ilə bağlı YENİ FAKT
Şəkidə baş verən faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım danışıb.
Publika.az xəbər verir ki, bu barədə Serhed.az Buta Mediaya istinadla sosial şəbəkədə paylaşım edib.
“Nazlı xanımın sözlərinə görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı Ziplaynın birinci mərhələsini problemsiz keçiblər. İkinci mərhələdə əvvəl Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkəcəkmiş. Onun sözlərinə görə, Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb. Yəni eyni anda xətt üzərində iki nəfər olub.
Nazlı xanım deyir ki, Coşqun ona əl yelləyib, bir neçə saniyə sonra isə qəfil sola doğru gedib... tros qırılıb. Zərbədən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, amma xoşbəxtlikdən ciddi xəsarət almayıb.
Hadisə saat 14:44-də baş verib və həmin ana aid fotoşəkilin vaxt göstəricisi bunu göstərir. Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı bunun Coşqun olduğunu düşünüb və onun sağ qalacağına ümid edib.
Saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda isə artıq gec olub. Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi”, - deyir Nazlı xanım.
Bu vaxt gözləri Ucal və Şəbnəmi axtarır. Bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü görür. Nazlı xanımın sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili yardım əraziyə gec çatıb. “Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı...”— deyə o bildirir.
Nazlı xanımın başqa bir cümləsi isə bu faciənin bütün ağırlığını ifadə edir. Deyir, yüksəklikdə işləyən kişiyə baxıb yazıqları gəlib, hətta ona əlavə pul verməyi düşünüblər:
—Amma axırda özüm yazıq oldum... İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır.
-
Hadisə01:11“Tros qırılıb, eyni anda xətt üzərində iki nəfər olub” - Şəkidəki faciə ilə bağlı YENİ FAKT
-
İdman01:00"Sabah" ÇL-nin əsas mərhələsində ilk məğlubiyyətini aldı - YENİLƏNDİ
-
Nəqliyyat00:45Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
İdman00:15“Fənərbağça”nın baş məşqçisi istefa verdi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin210 Sentyabr 22:36Dua Lipa qızılı korsetdə göz oxşadı - FOTO
-
Dünya10 Sentyabr 22:24Marsdakı qəribə dəliklər alimləri çaşdırdı
-
Dünya10 Sentyabr 21:00Məşhur strimer marağının qurbanı oldu - Hasarda qalan qopmuş barmağı...





























.png)




