Hadisə
“Dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək”
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İsmayıllı rayon sakininə hökm oxunub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəllər də dələduzluq əməlinə görə məhkum edilmiş 1993-cü il təvəllüdlü Coşqun Rzayev (soyad şərtidir) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, 2022-ci ildə dələduzluğa görə tutulmuş şəxs cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. Lakin o, oxşar əməllərinə davam edib.
Belə ki, paytaxtda tanış olduğu Nazilə adlı qadının həbsdə olan oğlunu azadlığa buraxdıracağını yalandan vəd edərək 45 min manata yaxın pul alıb. Coşqun həmin qadının Rusiya-Ukrayna müharibəsində iştirak edən qardaşını Azərbaycana gətirəcəyinə də inandıraraq 7 min manat əlavə pul alıb.
Qadın dələduzluqla üzləşdiyini görəndən sonra polisə müraciət edib və Coşqun saxlanılıb.
Zərərçəkmiş şəxs bildirib ki, onu Coşqunla Taleh adlı hərbçi tanış edib: “Mənə dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında onunla görüşəndə 2 ofisə daxil oldu, hamı onunla görüşürdü, mən də inandım ki, mötəbər adamdır”.
Coşqun Rzayev ifadəsində dələduzluq əməli törətdiyini etiraf edib. O aldığı pulları geri qaytarmayıb, lakin gələcəkdə qaytara biləcəyini deyib.
Məhkəmənin hökmü ilə 33 yaşlı şəxsə 7 il həbs cəzası verilib.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi









.jpg)

.jpg)












.jpg)














