Hadisə
Azərbaycanda İŞİD-i maliyyələşdirənlərə hökm oxundu
Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsində təqsirləndirilən Eldar Cəlilov və Samir Şeydayev barəsində məhkəmə hökmü çıxarılıb. Onların hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş Eldar Cəlilov və Samir Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
E.Cəlilov və S.Şeydayevə Cinayət Məcəlləsinin 214-1-ci – terrorçuluğu maliyyələşdirmə maddəsi ilə ittiham irəli sürülüb.
İttihama əsasən, onlar 2021-ci ildən başlayaraq müxtəlif vaxtlarda sürətli pulköçürmə sistemləri vasitəsilə xarici ölkələrdə olan üçüncü şəxslərin adına pul göndəriblər. Həmin vəsaitlərin “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına silah və terror məqsədli digər vasitələrin alınması üçün çatdırıldığı müəyyən edilib.
-
Rəsmi xronika15:46İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
-
Sosial13:10Təcili Yardıma yeni direktor təyin edildi - FOTO
-
Cənubi Qafqaz12:44Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı mühüm açıqlama
-
Magazin111:56Vüsalə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": Bunu tapmısınız?
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?

















.jpg)










.jpg)







.jpg)

