Hadisə
Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
Şimali Kipr Türk Cümhuriyyətində gəminin batması nəticəsində 14 nəfərin itkin düşməsi ilə bağlı aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.
Məhkəmənin qərarı ilə hadisə ilə bağlı saxlanılan 9 nəfərin, o cümlədən gəmi heyətinin 8 üzvünün polis nəzarətində saxlanılma müddəti daha 7 gün uzadılıb.
Hadisə ilə bağlı “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” ittihamı üzrə istintaq davam etdirilir.
Gəmi heyətində üç Azərbaycan vətəndaşı – Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov çalışıb. Onlar gəmidə matros, yağlayıcı və köməkçi heyət vəzifələrində çalışıblar.
Vurğulanıb ki, bu gün keçirilən məhkəmə iclasında Azərbaycan vətəndaşı olan heyət üzvlərinə qarşı ayrıca ittiham elan edilməyib.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Azərbaycan vətəndaşı olan heyət üzvlərinin istintaq çərçivəsində hüquqi statusunun obyektiv şəkildə qiymətləndirilməsinin vacibliyini bildirib.
O qeyd edib ki, Azərbaycan vətəndaşları şübhəli şəxs qismində deyil, baş vermiş faciənin ən yaxın şahidləri kimi dindirilməlidirlər: "Onların gəminin idarə olunması, texniki vəziyyəti və səfərə yararlılığı ilə bağlı qərarların qəbul edilməsində əsas səlahiyyət sahibi olmadıqları nəzərə alınmalıdır".
O.Həsənoğlunun sözlərinə görə, hazırda aparılan istintaq çərçivəsində gəminin kapitanı, ikinci kapitan, baş mexannik və köməkçi mexannik gəminin idarə olunması, texniki vəziyyəti və səfərə hazırlığı ilə bağlı əsas məsul şəxslər sırasında qiymətləndirilir:
“Gəminin texniki vəziyyətinin, səfərə yararlılığının və hərəkətə buraxılmasının qiymətləndirilməsi digər köməkçi heyət üzvlərinin əsas vəzifələri sırasında olmaya bilər”.
O bildirib ki, Azərbaycan vətəndaşı olan heyət üzvləri hadisə zamanı gəmini son anda tərk edib və sərnişinlərə kömək göstərmək üçün öz həyatlarını riskə atıblar.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR








.jpg)
.jpg)





























