Hadisə
Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın gələn il Belqradda keçiriləcək "EXPO 2027" beynəlxalq sərgisində iştirak etmə ilə bağlı planlarına görə təşəkkür edib.
Publika.az Report-a istinadla xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin etimadnaməsini qəbul etməsi ilə əlaqədar paylaşımında deyilir.
Serbiya Prezidenti səfirin mandatı dövründə də iki ölkə arasındakı strateji və ənənəvi dostluq münasibətlərinin dinamik inkişafının davam edəcəyinə inamını bildirib. A.Vuçiç vurğulayıb ki, tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi qarşılıqlı etimadın əsas təməllərindən birini təşkil edir.
Dövlət başçısı qeyd edib ki, intensiv siyasi dialoq və bütün səviyyələrdə rəsmilərin mütəmadi görüşləri Serbiya ilə Azərbaycan arasındakı yaxın əlaqələrin bariz göstəricisidir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belqrada son səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını diqqətə çatdırıb.
Görüşün sonunda Serbiya Prezidenti həmkarı İlham Əliyevə ən xoş arzularını çatdırıb:
"Hörmətli həmsöhbətimdən xahiş etdim ki, müdrik liderliyi və ölkəmizə səmimi rəğbəti iki dövlət arasındakı ümumi əlaqələrin dayaqlarından biri olan əziz dostum, Prezident İlham Əliyevə ən səmimi salamlarımı yetirəsiniz".
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü




































