Hadisə
Bakıda skuter avtomobillə toqquşdu - Anbaan video
Hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurur.
Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınan bu görüntülər bir həqiqəti açıq şəkildə göstərir: yol hərəkətində "bu dəfə heç nə olmadı" düşüncəsi növbəti dəfə də heç nə olmayacağı anlamına gəlmir.
Dəfələrlə deyildiyi kimi, kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da svetoforun siqanallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var





















.jpg)













