Hadisə
Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəli binadan özünü atdığı müəyyən edilib.
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində yeniyetmənin "Roblox" oyun platformasında qarşılaşdığı, onun psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri nəticəsində bu addımı atdığı müəyyən olunub.
Qeyd olunub ki, hadisənin bütün səbəb və halları, o cümlədən yeniyetmənin istifadə etdiyi elektron qurğular vasitəsilə daxil olduğu internet resursları, qarşılaşdığı məzmunun xarakteri və həmin məzmunun onun psixoloji vəziyyətinə və davranışına mümkün təsirinin yoxlanılır.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Baş Prokurorluq bu hadisəni uşaqların internet məkanı və sosial şəbəkələrdə qarşılaşa biləcəyi təhlükələrə, xüsusilə onların psixoloji vəziyyətinə və davranışlarına mənfi təsir göstərə bilən məzmun və çağırışlara qarşı diqqətin artırılmasının vacibliyini göstərən ciddi hal kimi qiymətləndirir.
Valideynlər tərəfindən uşaqların internet və sosial platformalardan istifadəsinə xüsusi həssaslıqla yanaşılması, onların istifadə etdikləri elektron qurğulara, platformalara və daxil olduqları məzmuna nəzarəti gücləndirilməsi, elektron qurğuların təhlükəsizlik imkanlarından istifadə etməklə uşaqların onlayn fəaliyyətinin izlənilməsi vacibdir.
Eyni zamanda, uşaqların davranışında və gündəlik vərdişlərində baş verən dəyişikliklərə diqqət yetirilməsi, onları narahat edən və ya təsir altında saxlayan məzmun və çağırışların vaxtında müəyyənləşdirilməsi, belə hallarda uşaqlarla açıq və etibarlı ünsiyyət qurulması mühüm əhəmiyyət daşıyır
"Valideynlər nəzərə almalıdırlar ki, internet və sosial şəbəkələrdə hər bir məzmun zərərsiz və əyləncə xarakteri daşımır. Yaş həddinə uyğun olmayan, psixoloji təsir göstərən və təhlükəli davranışlara sövq edə bilən məzmunlar uşaqlar üçün ciddi həyati risk yarada bilər. Bu səbəbdən onların virtual mühitdə təhlükəsizliyinin təmin edilməsi valideyn nəzarəti, diqqətli müşahidə və davamlı ünsiyyətlə müşayiət olunmalıdır.
Baş Prokurorluq valideynləri və cəmiyyətin bütün üzvlərini uşaqların virtual mühitdə təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa, onları zərərli məzmun və təsirlərdən qorumaq üçün zəruri tədbirləri vaxtında görməyə çağırır", - məlumatda qeyd olunub.
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı























.webp)













