Hadisə
Şabranda qədim qəbiristanlıqda nə baş verib? - Şeyxin məzarı açıldı
Şabranın Leyti kəndindəki qədim qəbiristanlıq vandalizmə məruz qalıb.
Publika.az xəbər verir ki, kənd sakinərinin sözlərinə görə, məzarların birinin üstü naməlum şəxslər tərəfindən açılıb.
Ehtimala görə, açılan qəbir VII əsrdə bölgənin tanınan din xadimi Şeyx Şəmsəddinin uyuduğu məzardır. Yerli sakinlər tərəfindən ziyarətgah kimi qorunan bu məzarın üstünün açıldığını ərazidən keçən kənd sakinləri görüblər.
Kənd sakinləri hesab edirlər ki, ya kimsə onların inanclarına hörmətsizlik məqsədilə bu əməli törədib, yaxud da qəbri qazanlar elə düşünüblər ki, burada hansısa qiymətli əşya basdırıla bilər.
“Təxminən 1300 ilə yaxın yaşı olan qəbiristanlığımızı dağıdıblar. Bu, heç cür ağıla sığan hərəkət deyil. Buna ancaq vandalizm adını vermək olar”, - deyə sakinlərdən biri əlavə edib.
Hadisədən bir neçə gün sonra Leyti kəndinin sakinləri yakınlıqdakı digər qəbiristanlıqda da oxşar mənzərə ilə qarşılaşıblar. Oradakı qəbirlərdən də biri sökülüb və burada qazıntı aparılıb. Sonradan qazılmış hissənin üzəri torpaqla qismən örtülüb.
Hadisə nəzarətə götürülüb. Fakt üzrə araşdırma aparılır.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı












.jpg)





_(1).jpg)











