Hadisə
Ayı gecə evə girdi, 66 yaşlı qadını parçaladı - DƏHŞƏTLİ HADİSƏ
Rusiyanın Krasnoyarsk diyarının Yermakovski rayonunun Verxni Kebej kəndində ayı 66 yaşlı qadına hücum edib.
Publika.az xəbər verir ki, hadisə nəticəsində qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
İlkin məlumata görə, yırtıcı sentyabrın 16-na keçən gecə evə daxil olub. Hadisə baş verən zaman evdə qonaq olan qonşu qadın yatmış olub. Hücumdan xəbəri olmayan qadın sağ qalıb.
Hadisə yerindən yayılan görüntülərdə ayının evin divarlarında buraxdığı caynaq izləri görünür.
İstintaqçılar hadisənin bütün təfərrüatlarını və səbəblərini araşdırırlar. Rəsmilər meşəlik ərazilərin yaxınlığında yaşayan sakinləri vəhşi heyvanlarla qarşılaşma zamanı son dərəcə ehtiyatlı olmağa çağırıblar.
Qeyd edək ki, iri yırtıcılarla qarşılaşma insan həyatı üçün ciddi təhlükədir və belə hallarda ehtiyatsız davranmaq ölümcül nəticələnə bilər.
Müəllif: Adəm
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ


















.jpg)














