Hadisə
Yasda qadınlarla yazışan kişi arvadını vəhşicəsinə döydü
Masallıda kişi arvadını döyüb.
Publika.az xəbər verir ki, hadisə Lürən kəndində qeydə alınıb.
Marketlərin birində kassir işləyən 41 yaşlı Elbrus Dadaşov (şərti adla) sosial şəbəkələrdə qadınlarla yazışdığı üçün arvadı onu izləməyə başlayıb. Həmkəndlilərin yas mərasimində Elbrus çadırın arxa tərəfində yenə qadınlarla yazışarkən arvadı Zeynəb (şərti adla) onu güdüb və ərinin xəyanətini aşkar edib. Cütlük yaşadıqları evə gedib və aralarında qısqanclıq səbəbilə mübahisə yaranıb.
Mübahisə zamanı Elbrus yumruq və təpik zərbələri ilə arvadının bədənini müxtəlif nahiyələrinə vuraraq, xəsarət yetirib.
Zərərçəkənin şikayəti əsasında o saxlanılıb və barəsində cinayət işi açılıb.
Elbrus Dadaşov ifadəsində əməlindən peşman olduğunu və ilk dəfədir ki, cinayət törətdiyini deyərək, barəsində yüngül cəza verilməsini istəyib. Zərərçəkən Zeynəb Dadaşova isə əri ilə barışmadığını bildirərək, onun barəsində qanuna uyğun cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Elbrus Dadaşov qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilib. (Lent.az)
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükr edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...



































.jpg)


