Hadisə
Avtomobil TIR-la toqquşdu: Ölən və yaralananlar var - Foto
Lənkəranda “Mercedes Vito” markalı sərnişin avtomobili TIR-la toqquşub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan, 99-SU-026 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı sərnişin avtomobili İran İslam Respublikasına gedən TIR markalı iri tonnajlı yük avtomobilinin arxasına çırpılıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)





















