Hadisə
19 yaşlı Xədicənin ölümünün detalları: qumbaranı evə kim gətirib? - Video
Ötən gün Xırdalanda baş vermiş partlayışın təfərrüatı məlum olub.
Publika.az xəbər verir ki, hadisə 19 yaşlı mərhum Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində meydana gəlib.
Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:
“Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda dünyasını dəyişmişdi”.
Qonşuların sözlərinə görə, ailənin dörd övladı olub. Xədicə Mustafayeva üç qardaşın bir bacısı idi. Elə həmin əl qumbarasını da qardaşlardan biri müxtəlif yolla əldə edərək evdə gizlədib.
Hadisə baş verən gün Xədicə onu evdə tapıb və ehtiyatsız davranış zamanı da məlum partlayış baş verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Qeyd edilib ki, 19 yaşlı Xədicə idmanla məşğul olub. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi olub.
Daha ətraflı “Baku TV”nin süjetində:
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)





















