Hadisə
Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
Yaroslavl vilayətində PUA hücumu nəticəsində neft emalı zavodunda yanğın baş verib, müəssisəyə ziyan dəyib.
Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ölkənin müxtəlif bölgələrində 65 PUA məhv edilib. Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev bildirib ki, hücum nəticəsində neft emalı zavodunda yaranan yanğın tam söndürülüb.
PUA qalıqları bir neçə yaşayış binasının pəncərələrini sındırıb, avtomobillərə ziyan vurub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində Yaroslavldan Moskva istiqamətində nəqliyyatın hərəkəti də məhdudlaşdırılıb. Qubernator sürücüləri həmin istiqamətdə səfərlərdən çəkinməyə çağırıb.
Rusiya Dövlət Dumasının Energetika Komitəsi sədrinin müavini Yuri Stankeviç bildirib ki, PUA hücumlarının intensivliyi fonunda ölkənin yanacaq bazarında vəziyyət mürəkkəb olaraq qalır. Onun sözlərinə görə, neft emalı müəssisələri də daxil olmaqla, kritik infrastrukturun müdafiəsi gücləndirilməlidir.
Stankeviç hökumətin yanacaq idxalına və K2-K4 sinifli benzinin istehsalına müvəqqəti icazə verdiyini də xatırladıb.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə bir sıra NEZ-lərdə yanacaq istehsalını artırmaq üçün yeni qurğuların işə salındığını açıqlayıb. O, bazardakı vəziyyətin daha dəqiq monitorinq edilməsinin vacibliyini vurğulayıb.
Müstəqil enerji eksperti Kirill Rodionov hesab edir ki, Rusiyada yaranan benzin çatışmazlığı Hindistan, Türkiyə və Sinqapurdan tədarüklər hesabına qismən kompensasiya oluna bilər. Onun sözlərinə görə, Azərbaycan da Rusiyaya kiçik həcmdə yanacaq tədarük edə bilər, lakin bu, bazardakı tələbatın yalnız cüzi hissəsini qarşılayar.
Müəllif: Adəm
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
MDB15:13Daha bir dəhşətli müharibə statistikası: 1 gündə 1085 döyüşçü itirdilər
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Cinayət dünyası14:00Dibçəkdə yatızdırdılar, meyiti aylarla evdə gizlədib yandırdılar - FOTOLAR
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
























.png)









