Hadisə
Qaradağda toydan çıxan kişi həbs edildi - TƏFƏRRÜAT
Bakının Qaradağ rayonunda toydan çıxan 50 yaşlı kişi həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace” şadlıq sarayı qarşısında baş verib.
1976-cı il təvəllüdlü Aslan Babayev (ad-soyad şərti verilib – red.) şadlıq sarayının qarşında nalayiq ifadələr işlədib və polis əməkdaşlarına qarşı tabesizlik göstərib.
Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 (xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələblərinə tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
İş üzrə izahat verən Babayev izahatında göstərib ki, “Dəniz Palace” şadlıq sarayında toydan çıxıb: “Özüm ilə birlikdə 2 oğlum restoranın qarşısında dayanmışdıq. 1 oğlum içkili olub, digəri isə namaz qılan olduğu üçün içki qəbul etməyib. Həmin ərazidə içkili olan oğlum biraz səs-küy saldı”.
Araşdırma zamanı məlum olub ki, Babayev həmin gün sərxoş vəziyyətdə olub və səs-küy salıb. Ərazidə olan polis əməkdaşları Babayevə yaşca böyük olduğunu nəzərinə çatdıraraq onu və yanındakıları sakitləşdirməyə çalışıblar. Amma onlar sakitləşməyiblər.
Bu zaman Babayevi avtomaşına əyləşdirmək istəyən zaman polisin göstərişinə məhəl qoymayıb, xidməti avtomobilinin qapısını açaraq oranı tərk etməyə cəhd göstərib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Babayev 8 gün müddətinə inzibati qaydada həbs olunub.
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü




































