Hadisə
13 il əvvəl törədilən qətlin üstü açıldı
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda qeyd olunub.
2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.
Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı





































