Hadisə
Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyadlar şərtidir) hamilə olması müəyyənləşib.
Yetkinlik yaşına çatmayan qız hamiləliyin 6-cı ayında ölü döl doğub. Faktla bağlı polisə məlumat verilib. Nəticədə, 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevə cinayət işi açılıb.
Məlum olub ki, Camal həmin qızın yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub və onlar tanış olaraq münasibət qurublar.
Faktla bağlı toplanmış materiallar əsasında C.Babayevə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri-14 yaşına çatmamış şəxsə qarşı) maddəsi ilə iş açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə əməldə zorakılıq olmaması müəyyən edilib. C.Babayevin məcəllənin 152.2-ci, yəni 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə cəzalandırılmasına qərar verilib. Ona 4 il həbs cəzası verilib.
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO






.jpg)






























.jpg)


