Hadisə
Yük avtomobilinin altında qalan sürücü belə xilas edildi - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Kamaz" markalı yük avtomobili, "Renault” markalı avtomobildaşıyan və "Hyundai” markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və "Kamaz" markalı avtomobilin sürücüsü deformasiyaya uğramış maşında sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1981-ci il təvəllüdlü Firuddinov Ramil Allahverən oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO

















.png)



















