Hadisə
FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirlər keçirilib.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirlərdə Dahi Rəhbər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi, yüksək sərkərdəlik məharəti, parlaq diplomatik istedadı və rəşadətli Azərbaycan Ordusunun misilsiz sücaəti sayəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, dövlətimizin suverenliyi Azərbaycan xalqının şanlı qəhrəmanlıq mübarizəsi nəticəsində təmin edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
Tədbirlərin sonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO





















.png)



















