Hadisə
Arvadını küçədə 17 bıçaq zərbəsi ilə öldürənə ağır cəza verildi
Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb.
Publika.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyünə peşman olduğunu bildirib.
O, ifadəsində deyib ki, Aygünlə 19 il əvvəl ailə həyatı qurublar. Birgə nikahdan biri azyaşlı olmaqla 2 övladı var. Habilin dediyinə görə, Aygün restoranda işləməyə başlayana qədər münasibətləri çox yaxşı olub. İşə girdikdən sonra aralarında soyuqluq yaranmağa başlayıb, arvadı onu saymayıb.
Münasibətləri hər gün daha da kəskinləşdiyindən Habil arvadını öldürmək qərarına gəlib. O, Aygünü küçənin ortasında, 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə qətlə yetirib.
Təqsirləndirilən şəxsin hadisə şahidi olan qızı müstəntiqə ifadəsində anasını atasının bıçaqladığını deməsə də, bunu məhkəmədə etiraf edib.
Toplanmış sübutlar əsasında Habil xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il həbsə məhkum edilib.(Qafqazinfo)
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?















.jpg)

















.jpg)




