Hadisə
Astarada ağır qəza: ölən və xəsarət alanlar var
Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşmadan sonra "Ford Transit" yoldan çıxaraq aşıb. Qəza nəticəsində "Niva" markalı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Astara rayonunun Rinə kənd sakini, 1980-cı il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri - 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyətləri daha ağır olan G. Əliyev və R. Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilib. Həkimlərin seyinə baxmayaraq, sürücü Gülağa Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

















.webp)









.jpg)








