Hadisə
Xaçmazdan Bakıya gələn sərnişin avtobusunda yanğın - FOTO
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə bu gün saat 16:40 radələrində, avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində baş verib.
Belə ki, avtobusun arxa hissəsindəki təkərlərdən birində qəfil alışma olub. Dərhal sərnişinlər avtobusdan düşürülüb və yanğının söndürülməsi üçün ilkin müdaxilə edilib. Lakin alovun güclənməsi səbəbindən yanğını yerindəcə söndürmək mümkün olmayıb.
Bundan sonra, avtobusun təkərində baş verən yanğın yaxınlıqda olan avtoyuma məntəqəsindəki təzyiqli su vasitəsilə tam söndürülüb. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Xaçmaz avtovağzalından əraziyə göndərilən növbəti avtobus vasitəsilə sərnişinlər Bakı yola salınıblar.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)




















