Hadisə
FHN-dən kənd sakinlərinə çağırış: Ot tayaları yanğın təhlükəsi yaradır
Baş vermiş yanğın hadisələrinin təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciətində qeyd olunub.
Nazirlikdən bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına rast gəlinir:
"Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, kənd yerlərində geniş istifadə olunan təndirdən, habelə sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma, o cümlədən ətrafa atılan sönməmiş siqaret kötükləri, nəzarətsiz qalan uşaqların odla oynaması və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına və sonda acı nəticələrə gətirib çıxarır.
Təkcə bir faktı demək kifayət edər ki, yalnız cari ilin sentyabr ayının geridə qalan günləri ərzində bu qəbildən olan 22 yanğın faktı qeydə alınıb.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi kənd yerlərində yaşayan, o cümlədən ot tədarükü ilə məşğul olan vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətlərindən 15 metr, avtomobil yollarından isə 20 metr yanğına qarşı ara məsafələri gözlənilməlidir".
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
























.jpg)









