Hadisə
Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
Sentyabrın 24-də Günəşdə M sinfinə aid partlayışların qeydə alınması ehtimalı var.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, bu gün Günəşdə partlayış aktivliyinin ümumi səviyyəsinin aşağı olacağı gözlənilir. Buna baxmayaraq, M sinifli partlayışların baş verməsi istisna edilmir.
Qeyd olunub ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası daha əvvəl Günəşdəki partlayış aktivliyində 2021-ci ildən bəri ən uzunmüddətli fasilənin qeydə alındığını açıqlayıb. Altı gün davam edən sakitlik sentyabrın 19-da başa çatıb.
Günəş partlayışları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X siniflərinə ayrılır. A sinfi ən zəif, X sinfi isə ən güclü partlayışları ifadə edir.
Partlayışlar zamanı Günəşdən plazma kütlələrinin kosmosa atılması da mümkündür. Bu plazma buludlarının Yerə çatması maqnit qasırğalarının yaranmasına səbəb ola bilər.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər


























.jpg)









